Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı azalmağa başlayıb. Cari ilin fevral ayı ərzində bankomatların sayı 11 ədəd və ya 0,43% azalaraq martın 1-nə 2 562 ədəd təşkil edib.
Mərkəzi Bankdan verilən xəbərə görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 60 ədəd və ya 2,29%, ilin əvvəlindən isə 132 ədəd və ya 4,9% azalma müşahidə olunub. Qeyd edək ki, ölkədə mövcud olan bankomatların 1 424 ədədi və ya 55,6%-i Bakıda, 1 138 ədədi və ya 44,42%-i regionlardadır.
Cari il martın 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb ki, bu da əvvəlki ayla eyni göstəricidir. İlin əvvəlində isə bu nisbət 3,6 min nəfər/bankomat olub.
Report