Azərbaycanda bu il 30 xarici müəssisə ləğv edilib

2024-cü ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5.1 faiz artaraq 2024-cü il oktyabrın 1-i vəziyyətinə 208 584 olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin 9 ayında 931 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 30-u isə ləğv edilib. 01.10.2024-cü il vəziyyətinə statistik vahidlərin sayı isə xarici müəssisələrin sayı 19 175 təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış statistik vahidlərin 99.2 faizi xüsusi mülkiyyətli (o cümlədən 8.9 faizi tam xarici investisiyalı, 1.6 faizi birgə mülkiyyətli) müəssisələrin payına düşür.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər