Azərbaycanda bu il 41 xarici müəssisə ləğv edilib

2022-ci ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6.9 faiz artaraq 2022-ci il oktyabrın 1-i vəziyyətinə 178 637 olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin 9 ayında 2 568 xarici müəssisə (100% xarici  investisiyalı) yaradılıb, 41-i isə ləğv edilib. 01.10.2022-ci il vəziyyətinə statistik vahidlərin sayı isə xarici müəssisələrin sayı 15 753 təşkil edib.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış statistik vahidlərin 99 faizi xüsusi mülkiyyətli (o cümlədən 21.6 faizi tam xarici investisiyalı, 1.7 faizi birgə mülkiyyətli) müəssisələrin payına düşür.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər