3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bu il apteklər dərman satışından 1.1 milyard manat gəlir əldə ediblər

2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 1 144.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən 0.7% azalıb.

Bu ilin 11 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər