18 C
Baku
Wednesday, May 29, 2024

Azərbaycanda bu il benzinin istehsalı 30%-dək artıb

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 598.2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.9 faiz artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63.1 faiz, neft koksunun
istehsalı 46.3 faiz, avtomobil benzininin istehsalı 29.8 faiz, qazoylların (dizel yanacağının) istehsalı 25.5 faiz artmış, neft bitumu istehsalı 39.7 faiz, mazut istehsalı isə 94 faiz azalıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər