12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda bu il dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı açıqlanıb

Bu ilin əvvəlindən 635-dən çox vətəndaş və ya ailə satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub və bu proses hazırda da davam edir.

Bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kommunikasiya və informasiya təminatı Xidmətinin rəisi Namiq Mayılov “Space” telekanalının “Səhərin statusu” verilişində deyib.

Onun sözlərinə görə, ümumilikdə 2020-ci ildən indiyədək 5 000-dən çox vətəndaş bu mexanizmdən faydalanıb: “Satmaq öhdəliyi ilə kirayə yolu ilə mənzil əldə etmiş vətəndaşların 71%-i gənclər və gənc ailələrdir”.

N. Mayılov bildirib ki, indiyədək mexanizm çərçivəsində əhaliyə 14 ünvanda kirayə mənzillər təklif edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3 ünvan Abşeron rayonunun Saray, Masazır və Məmmədli qəsəbələrində, daha 2 ünvan isə Sumqayıt şəhərində yerləşir.

“Gələcəkdə Mənzil Fonduna yeni ünvanların daxil edilməsi üçün araşdırmalar aparılır”, – Xidmətin rəisi qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər