18 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda bu il gəmilərin təmirinə 225 mln. manatdan çox vəsait xərclənib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda gəmilərə, qayıqlara və digər üzən vasitələrə (yaxtalar, digər gəzinti və ya idman gəmiləri, avarçəkmə qayıqları və kanolar istisna olmaqla) 225 720.86 min manat həcmində təmir işləri və xidmət göstərilib, bu da illik müqayisədə 2% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 230 271.2 min manat səviyyəsində idi.

Məlumata görə, hesabat dövründə gəmilərin, üzən platformaların və qurğuların texniki təchizatı üzrə 1 913 min manat həcmində xidmətlər göstərilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər