2021-ci ildə xarici ticarət ilə məşğul alan şirkətlərin sayı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə xarici ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı 416 artaraq 6 420 çatıb. 2020-ci ildə 6 004 hüquqi şəxs xarici ticarət iştirakçısı idi.
2021-ci ildə xarici ticarət iştirakçısı olan dövlətə məxsus hüquqi şəxslərin sayı 11 şəxs azalaraq 193-ə geriləyib, özəl sektor hüquqi şəxslərin sayı isə 427 şəxs artaraq 6 227-yə çatıb.
2020-ci illə müqayisədə 2021-ci ildə xarici ticarət iştirakçılarının cəmi sayı 5 865 şəxs artaraq 28 941 şəxs olub.