Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 25 932,5 mln. kVt·st təşkil edib.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, hesabat dövründə elektrik enerjisinin ixracı 1 255,3 mln. kVt·st, idxalı 159,8 mln. kVt·st olub.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 142,7 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 470,5 mln. kVt·st artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 14% olub”.