2021-ci ilin yanvar ayında Azərbaycandan ümumi dəyəri 36.3 min ABŞ dolları dəyərində 80.8 ton kartof ixrac edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılmış hesablamalarına görə, 2020-ci ilin göstəricisi ilə müqayisədə bu il Azərbaycandan ixrac edilən kartofun dəyəri 7.4%, həcmi isə 2.8% artıb.
Bununla yanaşı, cari ilin yanvarında Azərbaycana ümumi dəyəri 4 732.3 min dollar dəyərində 19 203.1 ton kartof idxal olunub. 2020-ci ilin eyni ayıyla müqayisədə idxalın dəyəri 1.9%, həcmi isə 10.8% artıb.
Göründüyü kimi, yanvarda Azərbaycanda kartofun idxalı ixracı üstələyib.