Azərbaycanda 2021-ci ilin ilk yarısında pərakəndə ticarətdə satılan kitabların dövriyyəsi həcmi kəskin böyüyüb.
Banker.az xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində kitab satışlarının həcmi 1 milyon 726.6 min manat olmuşdur. Bu isə 2020-ci ildəkindən (552.4 min manat idi) 3 dəfədən çox artıqdır.
Kitab satışlarının 1 milyon 630.2 min manatlığı ixtisaslaşmış kitab mağazalarında satılıb.