14 C
Baku
Thursday, November 21, 2024

Azərbaycanda bu il makaron istehsalı 20%-ə yaxın artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 5 101.2 ton makaron məmulatları istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19% artımdır.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 18.1%, tütün məmulatlarının istehsalında 14.3%, qida məhsullarının istehsalında isə 8,7 faiz artım müşahidə
olub.

Bu sahələrin əsas məhsullarından viski, brendi istehsalı 2.9 dəfə, tütün istehsalı 2.9 dəfə, alkoqolsuz içkilərin istehsalı 10.8%, duru bitki yağlarının istehsalı isə 9.3% artıb.

Son xəbərlər
Digər xəbərlər