2023-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21.9 faiz artaraq 1314.7 milyon manat olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50.9 faizi hüquqi şəxslərin, 49,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 23.2 faiz artaraq 657.3 milyon manat olub.