15 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda bu il yeni elektron lotereyalar satışa çıxarılacaq

Azərlotereya” ASC tərəfindən bu il bazarda yeni lotereyalar satışa çıxarılacaq. İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, “Azərlotereya” ənənəvi lotereya oyunları ilə yanaşı yeni, “Uğurlu Rəqəm 7”, “5/36” və “6/40” ani lotereyalarının satışa buraxmağı planlaşdırır.

Eyni zamanda, bu il yeni elektron lotereyaların da satışa buraxılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, 2015-ci ildə “Azərlotereya” tərəfindən keçirilən lotereya oyunları üzrə ümumilikdə 26,9 mln.-dan artıq bilet satılıb və bundan 27,7 mln. manat vəsait əldə olunub. Bu vəsaitin təxminən 18 mln. manatı (65%) uduş fonduna sərf olunub.

Report

Son xəbərlər
Digər xəbərlər