20 C
Baku
Saturday, October 12, 2024

Azərbaycanda bu il yüklər ən çox hansı nəqliyyat vasitələri ilə daşınıb?

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 171 milyon ton yük daşınıb.

“Banker.az”a Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, yüklərin 59 faizi avtomobil nəqliyyatı, 29.8 faizi boru kəməri ilə, 7.8 faizi dəmir yolu, 3.2 faizi dəniz , 0.2 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Məlumatda qeyd olunub ki, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 23.4 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi isə 78.7 faiz təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 1 104.2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 93 faizi avtomobil nəqliyyatı, 6.8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıblar.

Son xəbərlər
Digər xəbərlər