16 C
Baku
Friday, April 18, 2025

Azərbaycanda bu ilin birinci rübündə gündəlik xam neft hasilatı artıb

Bu ilin birinci rübündə Azərbaycanda gündəlik xam neft hasilatı orta hesabla 480 min barel səviyyəsində olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 2,1% artım deməkdir.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatında bildirilib.

Hesabata əsasən, ötən ilin birinci rübündə qeyd olunan göstərici 470 min barel səviyyəsində olub.

Sənəddə bildirilir ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 480 min barel təşkil edib.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri üzrə gündəlik xam neft hasilatı orta hesabla 35,43 mln. barel təşkil edib, bunun da 21,41 mln. bareli OPEC, 14,01 mln. bareli isə razılaşmada iştirak edən qeyri-OPEC ölkələrinin payına düşüb. Ötən ilin birinci rübündə qeyd olunan göstəricilər müvafiq olaraq 36,3 mln. barel, 21,63 mln. barel və 14,66 mln. barel olub.

Qeyd edək ki, Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər