18 C
Baku
Tuesday, September 17, 2024

Azərbaycanda bu imtahan ödənişli olacaq

Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.

Bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər