Azərbaycanda bu internet provayderlər birləşir

Azərbaycanda 3 internet provayder və operator şirkəti birləşir.

Banker.az xəbər verir ki, “Enginet” MMC-nin və “Extranet” MMC-nin “Uninet” MMC-yə qoşulması ilə yenidən təşkil edilir və adları çəkilən hüquqi şəxslərin hüquqi varisidir.

“Enginet” MMC və “Extranet” MMC “Uninet” MMC-yə qoşulması nəticəsində ləğv edilir.

Azərbaycanın internet xidmətləri bazarında olan “ENGINET” şirkəti 2009-cu ildə təsis edilib. FTTH (Fiber To The Home, “mənzilədək fiber optik internet”) texnologiyasına əsaslanan internetə qoşulma modelinin ilk dəfə olaraq Azərbaycanda tətbiqi məhz “ENGINET” şirkətinin adı ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər