2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.3 faiz artaraq 923 manat təşkil edib.
Banker.az xəbər verir ki, Əməkhaqqı neft-qaz sektorunda 3526.1 manat, qeyri neft-qaz sektorunda 873.2 manat təşkil edib.
2023-cü il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5244.5 min nəfər olub, onlardan 4957.1 min nəfərini məşğul əhali təşkil edib. Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706.6 min nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 887.7 min nəfər, qeyri-dövlət sektorunda isə 818.9 min nəfər təşkil edib.
İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675.1 min nəfər çalışıb.