24 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda bu nazirlik 2019-cu ildən şikayətləri “WhatsApp”la qəbul edəcək

“Bakıda 37 rayon və şəhərdə 136 konteyner quraşdırılıb və bu iş davam etdirilir”.

Banker.az xəbər verir ki, bu fikri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səyyarə Məmmədova söyləyib. O eyni zamanda bildirib ki, ölkə ərazisində politelin torbalardan istifadə getdikcə məhdudlaşdırılır:

“Parçadan hazırlanan torbalardan istifadə məsləhət görülür. Məşhurlar da bizə dəstək olub, bu işin əhəmiyyətini işıqlandırırlar. Arzu edirik ki, əhalinin hamısı bu işə qoşulsun və politelin torbalar yerinə parça torbalara versin”.

S. Məmmədova onu da bildirib ki, yanvar ayında “qaynar xətt” ləyanaşı whatsapp nömrəsi də fəaliyyətə başlayacaq

“Bunun məqsədi şikayətlərin operativ qaydada qəbuludur. Onu da deyim ki, Azərbaycan Hava Yolları təyyarələrinə milli parklar haqqında bukletlər paylanır. Eyni zamanda turistlərə ov qaydaları haqqında bukletlər verilir. Belə bukletləri otellərə də paylamışıq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər