2025-ci ildə turizm məqsədilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının əksəriyyəti kişi olsa da, bəzilərində qadınlar üstünlük təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə 1,280,787 nəfər səfər edib ki, onların 59.9%-i kişi, 40.1%-i qadındır. Kişilərin üstünlük təşkil etdiyi ölkələr sırasında Türkmənistan (90.40%), Niderland (94.00%) və Koreya Respublikası (93.20%) ön sıradadır.
Qadınların kişi səyahətçiləri üstələdiyi ölkələr isə İtaliya (52.70%) və Misir (51.60%) olmuşdur. Demək olar ki, bu öncəki illərlə müqayisədə dəyişilməz qalıb.








