14 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda bu şəxslər 4 min manata yaxın maaş alır -SİYAHI

2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10.8 faiz artaraq 913.9 manat təşkil edib.

Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3714.9 manat, qeyri neft-qaz sektorunda 860 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 861.7 manat, özəl müəssisələrdə isə 972.1 manat olub.

Mədənçıxarma sənayesində (3558.4 manat), maliyyə və sığorta fəaliyyəti (2485.3 manat), eləcə də informasiya və rabitə sahələrində (1519.5 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

cvvbc

Son xəbərlər
 ⁠
Digər xəbərlər