9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda bu şəxslər də işə başlamazdan əvvəl and içəcəklər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xüsusi rütbə verilməklə daimi xidmətə qəbul olunmuş vəzifəli şəxslər işə başlamazdan əvvəl and içəcəklər.

Bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Vergi andının məzmunu belədir: “Mən, vergi orqanlarında xidmət keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstutisiyasında əməl edəcəyimə, dövlət, kommersiya və vergi sirrini, həmçinin xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna uyğun həyata keçirəcəyimə, intizamlı olacağıma, vergi işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm”.

Andi içən vəzifəli şəxs andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər