13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda bu şəxslərin mənzil kirayəsi üçün hər ay kompensasiya ödəniləcək

Nazirlər Kabineti “Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nı təsdiq edib.

Mənzil kirayəsi üçün pul kompensasiyası ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə verilir.

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə işçisinə və onun ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:

– Bakı şəhərində – 150 manat;

– Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat;

– başqa şəhər və rayon mərkəzlərində – 75 manat;

– digər yaşayış məntəqələrində – 55 manat.

Ədliyyə işçisinə onun hər bir ailə üzvünə görə göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul kompensasiyası ödənilir.
Ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər