Çernobıl əlillərinin imtiyazlı şəkildə mənzillə təmin olunması üzrə iş gedir, onlar növbəyə alınıb.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, indiyə qədər məcburi köçkünlərin mənzillə təmin olunması əsas prioritet olub: “Amma bundan sonra Çernobıl əlillərinin də sürətlə mənzillə təmin olunması üçün işlər həyata keçiriləcək”.