Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz təmir olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksindəki mənzillərin cari təmiri ilə bağlı satınalma elan edilib.

Banker.az xəbər verir ki, satınalma çərçivəsində kompleksdə yerləşən 52 binadakı ümumilikdə 606 mənzildə cari təmir işlərinin aparılması nəzərdə tutulur.

Bu məqsədlə 3 milyon 402 min manat vəsait müəyyənləşdirilib.

Təmir işləri nəticəsində mənzillərin texniki və məişət baxımından vəziyyətinin yaxşılaşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılması və sakinlər üçün daha əlverişli yaşayış şəraitinin yaradılması planlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər