8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bu sahədə çalışanların maaşlarının artırılması təklif olunur

“Azərbaycanda büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var. Buna görə də 2018-ci ilin büdcəsində həmin məsələ nəzərə alınmalıdır”.

Bu barədə deputat Əli Məsimli 2018-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

“Növbəti ilin büdcəsində müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı əmək haqqı artımı nəzərdə tutulub, qalan sahələrdə əmək haqqının artırılmasına baxılmayıb. Büdcə təşkilatlarında çalışan, 200-300 manat maaş alanların vəziyyəti pisləşib. Büdcənin strukturuna yenidən baxılanda daha səmərəverən sahələrə, aztəminatlı ailələrə, o cümlədən büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasına ciddi ehtiyac var”, – deyə millət vəkili vurğulayıb.

Ə.Məsimli bildirib ki, infyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır: “Biz birrəqəmli inflyasiya proqnozlaşdırırıq, ancaq sonda ikirəqəmli olur. Buna da səbəb inhisarçılıqdır. İnfyasiyanın proqnozlaşdırılandan çox olması əsasən süni qiymət artımı ilə bağlıdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər