27 C
Baku
Wednesday, June 26, 2024

Azərbaycanda bu sahədə gəlirlər artıb

Bu ilin yanvar-noyabr ayları ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1996.1 milyon manatlıq xidmət göstərilib ki, bunun da 73.3 faizi əhali sektoruna aid
olub.

Dövlət Statistika Komitəsindən “Banker.az”a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-noyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 1.6 faiz artıb.

Məlumatda bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 42.1 faizi və ya 840.9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər