26 C
Baku
Thursday, August 21, 2025

Azərbaycanda bu sahələrdə biznes quranlar artır – Siyahı

2021-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1.8 faiz artaraq 2021-ci il aprelin 1-i vəziyyətinə 158 163 olmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Artım iqtisadiyyatın “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə”, “Maliyyə və sığorta fəaliyyəti”, “Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı”, “Emal sənayesi”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Tikinti” və “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

“Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksək olub.

i1 i2

Son xəbərlər
Digər xəbərlər