22 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda bu sektorda çalışanların orta aylıq əməkhaqqısı 1 631 manata çatıb

Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə maliyyə və sığortada çalışanların orta aylıq nominal əməkhaqqısı 1 630,9 manat təşkil edib. 2018-ci ildə isə bu göstərici 1 460,4 manat olub. Belə ki, illik müqayisədə ötən il bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqısında 170,5 manat və yaxud 12% artım qeydə alınıb.

Statistikaya əsasən, maliyyə və sığorta sahəsi üzrə dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqısı 1 679,7 manat, özəl sektorda çalışanların isə orta aylıq əməkhaqqısı 1 619,3 manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6 faiz artaraq 634,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər