14 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda bu şirkətlərə güzəştli kreditlər verilə bilər

Əsas məqsədimiz Azərbaycanın bank sektorunda ESG standartlarının tətbiqinin stimullaşdırılması, ətraf mühitə dost texnologiyalardan istifadə edən şirkətlərin daha güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarını artırmaqdır.

Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaləqləndirmə Şurasının katibi Hüseyn Hüseynov deyib.

O bildirib ki, Azərbaycanda “Ətraf mühit, sosial və idarəetmə prinsipləri”nin (ESG) standartlarının tətbiqi ilə bağlı proses çox yenidir. Bank sektoru tamamilə ESG standartlarının tətbiqinə hazır vəziyyətə gəlməlidir ki, onların bu istiqamətdə hansı güzəştləri tətbiq edəcəyi ilə bağlı konsepsiya hazırlansın.

Hüseyn Hüseynov əlavə edib ki, ESG standartlarının bu istiqamətdə tətbiqi 2026-cı ilə kimi mümkün ola bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər