12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda bu tarixdən internet bahalaşacaq – Yeni qiymət

Azərbaycanda internetin sürəti ilə yanaşı qiymətində də dəyişiklik olacaq.
Banker.az xəbər verir ki, bu barədə “Aztelekom” və “Baktelekom” şirkətləri öz səhifələrində məlumat paylaşıb.

Bildirilir ki, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürət 2.5 dəfə artırılacaq və 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər ediləcək.

Şirkət GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə, 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Beləliklə, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

Qeyd edək ki, internet qiymətləri artsa da, 1 Mbit/s üçün tarif 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Ekonom tarif paketi üzərində hesablama:

Əvvəlki qiymət: 0.45 AZN*40 Mbit/s = 18 AZN
Yeni qiymət: 0.25 AZN*100 Mbit/s = 25 AZN

Göstərilən qiymət dəyişikliklər xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.

Son xəbərlər
Digər xəbərlər