Azərbaycanda bu tarixlərdə ardıcıl olaraq 4 gün iş olmayacaq

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün iş olmayacaq.

Banker.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 8 Noyabr bazar gününə təsadüf etdiyi üçün noyabrın 10-da qeyri-iş günü olacaq.

Qeyd edək ki, 7 noyabr tarixi şənbə gününə düşdüyündən, 5 günlük iş rejimində çalışanlar üçün ardıcıl olaraq 7, 8, 9 və 10 noyabr tarixləri iş günü olmayacaq.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər