“Naxçıvan” Universiteti fəaliyyətini dayandıracaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, “Naxçıvan” Universitetinin tələbələri bu tədris ilinin sonuna qədər təhsilini davam etdirəcək:
“Məzunlar diplomlarını “Naxçıvan” Universitetinin məzunu olaraq alacaqlar. Aşağı kursda oxuyan tələbələr isə digər ali təhsil müəssisələrinə köçürüləcək”.