Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binasının inşasına başlanılır.
Banker.az “trend”ə istinadən xəbər verir ki, yeni bina Füzuli küçəsi, 170 A ünvanında yerləşən tədris binasının həyətində inşa olunacaq.
Məlumata görə, inşası planlaşdırılan tədris binası 4 mərtəbəli olacaq. Artıq universitetdə yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri ilə bağlı müvafiq işlər yekunlaşdırılıb.
Universitet sözügedən işlərin icrasını “NOKA” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri üçün MMC-yə 23 128 manat ödənilib.
Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu “NOKA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tahirova Günel Yaşar qızıdır.