7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda bu xərclər artırılır

Hazırda ezamiyyət xərclərinə yenidən baxılır.

Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında deyib.

“Xaricə ezamiyyət xərcləri ilə bağlı məsələyə yenidən baxmağa ehtiyac var. Burada təklif olunan məsələlərə baxacağıq. Ezamiyyət xərclərinin təkmilləşdirilməsi üzərində iş gedir. Daxildə ezamiyyət normaları ilə bağlı məsələ qaldırılmalıdır. Əvvəlki xərclərin qəbul edilməsindən çox vaxt keçib. İnflyasiya dünyada gedir. Ona görə onlara əlavə baxılmasına ehtiyac var”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin deputatları ezamiyyət xərclərinin artırılmasını təklif ediblər.

Son xəbərlər
Digər xəbərlər