“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi Rayonlararası İstehsalat Kombinatı ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Gəncə şəhər Birləşmiş Xəstəxanası Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 935 354 AZN təşkil edir.