Azərbaycanda 2021-ci ilin yanvar ayında ödənilən əlavə dəyər vergisinin həcmi açıqlanıb.
Banker.az xəbər verir ki, yanvar ayı ərzində dövlət büdcəsinə ƏDV-dən gələn gəlirlərin həcmi 458.6 milyon manat olub.
ƏDV-nin həcmi illik müqayisədə isə 3.83 faiz azalma deməkdir.
Büdcəyə ödənilən ƏDV-nin payı cəmi büdcə gəlirlərində 19.76% paya sahib olub, bu öncəki ildə 25.9% idi.