13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda buğdanın məhsuldarlığı azalıb

Ötən il Azərbaycanda istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1736.1 min tonunu və yaxud 54.9%-ini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 31.9 sentner
olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ildə isə ölkədə 1885.4 min ton buğda istehsal olunub. Bu da istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 56.1%-ini demək idi. 2021-ci ildə buğdanın məhsuldarlığı 32.9 sentner olmuşdu.

2022 və 2021-ci illərdəki göstəriciləri müqayisə edəndə aydın olur ki, ötən il Azərbaycanın buğda istehsalı 149.3 min ton və ya 7.9% azalıb. Buğdanın məhsuldarlığında da 1 sentner azalma müşahidə olunur. Həmçinin, qeyd etmək lazımdır ki, 2021-ci ildə buğdanın əkin sahəsi 572.3 min hektar olub və və əkilmiş sahənin hər bir hektarından məhsul yığılıb. Öötən il isə 547.2 min hektar sahədə buğda əkilib, ancaq 543.5 min hektar sahədən məhsul yığılıb.

Əlavə edək ki, ötən ilin sonuncu ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 551.08 manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər