8 C
Baku
Friday, January 10, 2025

Azərbaycanda BYD avtomobilləri satan şirkət cərimələndi

Məhkəmə Dövlət Gömrük Komitəsinin (DGK) “BYD Motors Baku” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cəriməsini təmin edib.

Banker.az xəbər verir ki, DGK-nin idarəsi  “BYD Motors Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib etmişdi.

Bakı Şəhəri Səbail Rayon Məhkəməsində Azər Tağıyevın sədrliyi ilə baxılan işdə hakim inzibati tənbehin tətbiqi ilə bağlı qərar qəbul edib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər