11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda cəmi 10-dək bankın strategiyasında ətraf mühit, sosial və idarəetmə riskləri nəzərə alınıb

Azərbaycandakı bankların 10-dan azı öz strategiyasında ətraf mühit, sosial və idarəetmə (ESG) ilə bağlı risklərə geniş yer ayırıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda deyib.

Onun sözlərinə görə, qalan banklarda bu risklərin nəzərə alınması hələ planlama mərhələsindədir.

“Mərkəzi Bank bu ilin iyun-iyul aylarında ESG və dayanıqlı inkişafla bağlı risklər haqqında məlumatlılığın səviyyəsini müəyyən etmək, maliyyə institutlarının bu sahədə həyata keçirdikləri tədbirlər barədə məlumat əldə etmək üçün 52 maliyyə institutu arasında sorğu keçirib. Sorğuda iştirak edənlər cəmi maliyyə institutlarının 95%-ni təşkil edib. Bu çərçivədə əldə etdiyimiz qənaət ondan ibarət olub ki, ESC riskləri baxımından maliyyə sektorunun böyük əksəriyyəti bunun əhəmiyyətini başa düşür və həmin risklərin qısamüddətli dövrdə reallaşacağını gözləmirlər. Lakin orta və uzunmüddətli dövrdə bu risklərin reallaşacağını anlayılar və öz strategiyalarında, biznes modellərində bu yanaşmaya adaptasiyasını həyata keçirilirlər”, – T. Əliyev deyib.

AMB-nin Baş direktoru əlavə edib ki, sorğu zamanı bir sıra digər məqamlarda ortaya çıxıb: “Belə ki, uğurlu dayanıqlı inkişafın həyata keçirilməsi üçün kadr potensialının formalaşdırılmasının önəmi vurğulanıb. Daha sonra bu istiqamətdə həm hüquqi, həm də tənzimləyici çərçivədə zəifliklərin olması qeyd edilib. Bütün bunlar tərəfimizdən diqqətə alınır”.

Qeyd edək ki, ölkədə 23 bank və 54 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər