Nəşr və çap işləri məşğul olan “Şərq-Qərb” ASC-nin illik gəliri 11.7 milyon manat təşkil edib ki, bu da ötən ilin 12.2 milyon manatlıq gəliri ilə müqayisədə 4% azalma deməkdir.
Banker.az qurumun illik audit hesabatına istinadən xəbər verir.
Satışların maya dəyəri 5 milyon manat, ümumi gəlir isə 6.7 milyon manat olub.
Cəmi xərclər 5.7 milyon manat səviyyəsində formalaşıb. Bu məbləğin 5 milyon manatı inzibati və kommersiya xərclərinin, 331 min manatı isə vergi ödənişlərinin payına düşür. Nəticədə mənfəət vergisindən əvvəlki gəlir 1.1 milyon manat olub. Bu gəlirin 211 min manatı mənfəət vergisi kimi ödənildikdən sonra şirkətin xalis mənfəəti 844 min manat təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə “Şərq-Qərb” ASC 1 milyon manat xalis mənfəət əldə etmişdi. Beləliklə, şirkətin mənfəətində 19%-lik azalma qeydə alınıb.