2023-cü il iyul ayının 14-də saat 12:00-da “Boradigah Çay-2” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin ləğv olunması.
2.Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi.
3. ” Boradigah Çay-2″ ASC-nin buraxılmış səhmlərinin (qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi;
4.Digər məsələlər.
Ünvan: Masallı rayonu, Boradigah ŞTQ, Təbriz küç., ev 16-dır.
Qeyd edək ki, “Boradigah Çay-2” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 698796 manatdır və qanuni təmsilçisi Emin Həmidovdur.