13 C
Baku
Tuesday, November 4, 2025

Azərbaycanda “ChatGPT”nin bazar payı azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 93,55 % təşkil edib.

“Statcounter” agentliyinin son hesabatına əsasən, bu, sentyabr ayına nisbətən 1,53 faiz bəndi azdır.

İkinci pillədəki “Microsoft Copilot”un bazar payı 2,42 % olub. Bu, əvvəlki ayın göstəricisindən 0,41 faiz bəndi çoxdur.

Növbəti yerdə qərarlaşan “Google Gemini”nin bazar payı ay ərzində 1,31 faiz bəndi artaraq 2,32 % təşkil edib.

Dördüncü yerdəki “Perplexity”nin bazar payı oktyabrda 0,11 faiz bəndi azalaraq 1,51 % olub.

İlk beşliyi 0,2 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı sentyabr ayı ilə müqayisədə 0,08 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə AI “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“ChatGPT” – 93,88 % (sentyabra nisbətən 0,64 faiz bəndi çox);

“Microsoft Copilot” – 2,75 % (-0,52 faiz bəndi);

“Perplexity” – 1,66 % (-0,30 faiz bəndi);

“Google Gemini” – 1,49 % (+0,54 faiz bəndi);

“Claude” – 0,23 % (-11 faiz bəndi).

Mobil cihazlarda:

“ChatGPT” – 91,3 % (-6,73 faiz bəndi);

“Google Gemini” – 8,26 % (+6,94 faiz bəndi);

“Perplexity” – 0,43 % (+0,43 faiz bəndi);

Planşetlərdə:

“ChatGPT” – 85,71 % (-5,71 faiz bəndi);

“Google Gemini” – 14,29 % (+14,29 faiz bəndi).

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər