25 iyun 2025-ci il saat 11.00-da “Sumqayıt – Çörək” ATSC səhmdarlarının cəmiyyətin
iclas zalında növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Sumqayıt – Çörək” ATSC-nin 2024-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
2. Maliyyə-təftiş komissiyasının hesabatı və nəticələrinin təsdiqi.
3. İdarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi.
4. İdarə heyəti sədrinin seçilməsi.
5. “Sumqayıt – Çörək” ATSC-nin adının və təşkilatı hüquqi formasının dəyişməsi.
6. Mənfəətin bölüşdürülməsi və əldə olunmuş xalis mənfəətdən istifadənin təyin edilib
təsdiqlənməsi.
Ünvan Sumqayıt şəhəri, Lermontov küçəsi 13-dir.