-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda çörək üçün yararlı buğda növünün istehsalı planlaşdırılır

Buğda, arpa, qarğıdalı və pambıq məhsullarının istehsalı ilə məşğul olan “Ağcabədi taxıl Aqropark” ötən illə müqayisədə bu il istehsal həcmini təxminən 10% artırmağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Aqroparkın icraçı direktoru Elman Kərimov bildirib. O qeyd edib ki, 2022-ci il ərzində 6 428 ton arpa, 3 582 ton buğda, 11 084.4 ton qarğıdalı, 1 864 ton pambıq, 61 580 ton silos istehsalı proqnozlaşdırılır: “Əsas profilimiz ikili əkin – pambıq və qarğıdalı istehsalıdır. Buna görə də pambıq və qarğıdalı istehsalını artırmağı planlaşdırırıq. Hazırda qarğıdalı bu növ məhsulun yetişdirilməsi üçün ən əlverişli ərazilərdən olan Ağcabədi rayonunda becərilir”.

E.Kərimovun sözlərinə görə, aqropark hazırda yalnız bərk buğda növü istehsal edir ki, bu da makaron istehsalı üçün yararlıdır. Gələcəkdə isə çörək üçün yararlı olan buğda növünün istehsalının təşkili də planlaşdırılır.

İcraçı direktor qeyd edib ki, qarşılarında dayanan ən əsas məqsəd daxili bazarın tələbatını ödəmək, istehlakçıları keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsulla təmin etməkdir. Aqropark yerli bazarı məhsulla tam təmin etdikdən sonra ixracla bağlı planlar üzərində çalışacaq.

Qeyd edək ki, aqroparkın ümumi sahəsi 3 min, faktiki əkin sahəsi 1 368 hektardır. Ümumi dəyəri 35 mln. manat olan aqroparkın yaradılmasına İqtisadiyyat Naziriliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 9.8 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər
Digər xəbərlər