16 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda çörək və unun istehsalı azalır

Azərbaycanda 2023-cü ilin ilk altı ayı ərzində çörək istehsalı azalıb və tələbin düşməsi buğda ununda istehsalında da təsir edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin ilk 6 ayında çörək zavodları 534 567 tonluq çörək istehsal ediblər. Bu da çörək istehsalının ötən ilin analoji dövründən 5 031 ton və ya 2 faiz azalmadır.

Bildirilir ki, 2023-cü ilin yanvar-iyun aylarında 642 972 tonluq buğda unu istehsal edilib və bu ötən ilin eyni dövründən 33 391 ton, yaxud 5 faiz azalmadır.

Azərbaycanda buğdanın ununun orta qiyməti 2022-ci ilin 1 iyulunda 1.18 manat/kq olduğu halda, 2023-cü ilin eyni dövründə 1.33 manata yüksəlib.  Əla növ buğda çörəyinin qiyməti isə bu dövrdə kiloqram üzrə 1.17 manatdan 1.30 manata qalxıb. Bununla belə, idxal edilən buğdanın qiymətinin azalması cari ilin ilk yarımilində qiymətlərə təsir edə bildi. Dövlət tərəfindən tənzimlənən “dairəvi zavod” çörəyinin qiyməti 65 qəpikdən 60 qəpiyə düşüb.

Ölkə bu il öncəki ildə buğdanı daha ucuz əldə edir. Məsələn 2022-ci ilin ilk yarısında ortalama bir tonu 357 dollarla alınırdısa, cari ilin eyni dövründə 295 dollara alınıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər