0 C
Baku
Friday, February 28, 2025

Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrılıb

Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Xırdalan, Qazax və Bərdə şəhərlərində doqquzmərtəbəli binalarda ümumilikdə 200 lift quraşdırılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahıda əksini tapıb.

Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı

 

 

Şəhərin adı

Quraşdırılacaq liftlərin sayı Ayrılmış vəsaitin məbləği

(min manat)

7 şəhər üzrə cəmi: 200 9.940,0
o cümlədən:
1. Bakı 141 7.007,7
2. Sumqayıt 30 1.491,0
3. Naxçıvan 11 546,7
4. Gəncə 10 497,0
5. Xırdalan 5 248,5
6. Qazax 2 99,4
7. Bərdə 1 49,7
Son xəbərlər
Digər xəbərlər