Azərbaycanda dəfn pulu ilə bağlı yenilik

®Mayın 1-dən dəfn üçün birdəfəlik müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq.

Məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək.

Belə ki, mayın 1-dən dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunacaq.

Mayın 1-dən əvvəl vəfat etmiş şəxsə görə dəfn üçün birdəfəlik müavinət sığortaedənin müraciəti əsasında ödəniləcək.

Bu zaman müraciət müddəti məhdudlaşdırılmayacaq və müavinət şəxs vəfat edən zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş məbləğdə onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə təyin ediləcək və ödəniləcək.

Məlumat üçün bildirək ki, aşağıdakı 4 kateqoriyadan olan şəxslər vəfat etdikdən onları dəfn etməyi öhdəsinə götürən şəxslərə dəfn üçün birdəfəlik müavinət ödənilir:

  • “Sosial müavinət haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər;
  • “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxslər;
  • “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyası alan şəxslər;
  • “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sığortaolunan şəxslər.

Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər