11 C
Baku
Tuesday, November 5, 2024

Azərbaycanda dəfn xərcləri azaldılır, “uşaq pulu” artırılır

Uşağın anadan olmasına görə əhaliyə ödənişlər üzrə xərclərin 28 milyon manatdan 32 milyon manata qaldırılması təklif edilir.

Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “ Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bundan başqa dəfn üçün müavinətə ayrılan xərclərin 41 milyon manatdan 37 milyon manata endirilməsi gözlənilir.

Qeyd edilib ki, “Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 13 yanvar tarixli 1966 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2023-cü ilin yanvar ayının 1-dən uşağın anadan olmasına görə müavinətin məbləği 300 manatdan 500 manata qaldırılıb.

Fərmanın icrası məqsədilə bu növ müavinətlər üzrə Fondun büdcəsində nəzərdə tutulmuş məbləğin 4 milyon manat artırılması zərurəti meydana çıxıb.

Eyni zamanda pandemiyanın təsirlərinin minimuma enməsi nəticəsində Fondun büdcəsinin xərc istiqamətlərindən biri olan dəfn üçün müavinətlərin məbləğinin 4 milyon manat azaldılmasına imkan verməkdədir.

Son xəbərlər
Digər xəbərlər